Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 14-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyulun 14-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.9097 manat/1EUR səviyyəsində (iyulun 13-nə 1.8940 manat/1EUR) müəyyən edilib.
AMB iyulun 14-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0189 manat/1RUB səviyyəsində (iyulun 13-nə 0.0186 manat/1RUB) müəyyən edib.
İyulun 14-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0651 manat/1TRY səviyyəsində (iyulun 13-nə 0.0650 manat/1TRY) müəyyən edilib.**
B.Rüstəmbəyov