Avropa İttifaqında təsdiq ediblər ki, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Aİ Şurasının prezidenti Şarl Mişelin görüşü şənbə günü iyulun 15-də keçiriləcək.
«İnterfaks-Azərbaycan»ın məlumatına görə, Mişel, Əliyev və Paşinyanın görüşü yerli vaxtla 13:00-da (Bakı vaxtı ilə 15:00) planlaşdırılıb.
Görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər müzakirə ediləcək.**
R.Kərimov