İsrailin müdafiə nazir Yoav Qallant məlumat verib ki, Azərbaycana səfər zamanı Tel-Əviv ilə Bakı arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.
"Azərbaycana məhsuldar səfərimi yenicə başa vurdum. Burada Azərbaycan prezidenti İlham Əliyev, madafiə naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevlə görüşlər keçirdim. Biz müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik", - Qallant cümə günü Twitter hesabında yazıb.
Onun sözlərinə görə, Tel-Əviv və Bakı “bir sıra sahələrdə əməkdaşlıq etməklə” əlaqələri dərinləşdirməyə dair razılığa gəlib.
“Müdafiə əlaqələrimiz hər iki xalqın təhlükəsizliyinə, eləcə də regional sülh və sabitliyə töhfə verir”, - Qallant əlavə edib. **
R.Kərimov