2023-cü ilin birinci yarısında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 12 milyon 818 min 606,52 ton neft ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 0,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $7 milyard 803 milyon 144,3 min dəyərində (azalma 16,6%) neft ixrac edilib.
2023-cü ilin yanvar-iyun aylarında ixracın ümumi strukturunda neftin payı 43,43% (2022-ci ilin müvafiq dövründə 50,66% - İF) təşkil edib.
Hesabat dövründə 18 ölkə Azərbaycan neftinin alıcısı olub. DGK-nın məlumatına görə, onların arasında İtaliya ənənəvi olaraq Azərbaycan neftinin əsas alıcısı olaraq qalır. 2023-cü ilin yanvar-iyun aylarında neft ixracının 38,3%-i bu ölkənin payına düşüb.
2023-cü ilin əvvəlindən Hindistan, İsrail və İspaniya Azərbaycandan 1 milyon tondan artıq neft alıb.
2023-cü ilin yanvar-iyun aylarında əsas alıcı ölkələr üzrə neft ixracının strukturu:
Ölkələr |
Həcm (ton): |
Gəlir (min $) |
İtaliya |
4 910025,26 |
3 007295,98 |
İspaniya |
1 017351,02 |
644665,26 |
İsrail |
1 021518,33 |
631333,05 |
Hindistan |
1 027221,27 |
610361,61 |
Türkiyə |
957895,10 |
548975,73 |
Çexiya |
698760,22 |
427054,43 |
Almaniya |
572190,47 |
354363,11 |
İrlandiya |
542186,26 |
316188,04 |
Yunanıstan |
387156,76 |
240897,54 |
Rumıniya |
357522,17 |
220395,58 |
Xorvatiya |
308554,90 |
180254,35 |
Avstriya |
266568,71 |
152155,74 |
Fransa |
199006,72 |
118639,77 |
İndoneziya |
134153,29 |
88665,69 |
Sinqapur |
138338,45 |
87786,40 |
Vyetnam |
138516,86 |
85115,06 |
Portuqaliya |
92952,72 |
62898,43 |
Tayland |
48688,02 |
26098,53 |
CƏMİ |
12 818606,52 |
7 803144,30 |
**
N.Abbasova