2023-cü ilin yanvar-iyun aylarında Azərbaycana $753 milyon 304,89 min dəyərində (artım 63,4%) 48 373 ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə idxal edilən avtomobillərin sayı 37,5% artıb.
Hesabat dövründə respublikaya gətirilən avtomobil nəqliyyatı vasitələrinin böyük hissəsi – $679 milyon 508,73 min dəyərində (artım 95,6%) 44 937 ədəd avtomobil (artım 38,8%) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Həmçinin $46 milyon 836,09 min dəyərində 1 124 ədəd elektrokar və $159 milyon 582,39 min dəyərində и 7 329 ədəd hibrid avtomobil gətirilib.
Bundan başqa, ölkəyə yük daşımaları üçün nəzərdə tutulmuş $47 milyon 461,29 min dəyərində (azalma 2%) 3 161 ədəd motorlu nəqliyyat vasitəsi (artım 37%), o cümlədən $21 milyon 89,03 min dəyərində 198 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (artım 22,2%) gətirilib.
Hesabat dövründə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün $5 milyon 245,84 min dəyərində 77 ədəd motorlu nəqliyyat vasitəsi (azalma 76,2%) gətirilib.
2022-ci ildə Azərbaycana $1 milyard 57 milyon 792,37 min dəyərində 74,577 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib.**
B.Rüstəmbəyov