2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 164 milyon 562,84 min təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 37,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,27%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və RF Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya ixracın həcmi $621 milyon 134,88 min (artım 59,2%) təşkil edib. Bütövlükdə, Azərbaycandan ixracın 3,46%-i Rusiyanın payına düşüb (RF Azərbaycanın əsas ixrac istiqamətləri üzrə 6-cı yerdədir).
Rusiyadan Azərbaycana tədarükün həcmi $1 milyard 543 milyon 427,96 min (artım 30,6%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 18,83% Rusiyadan idxalın payına düşüb (RF Azərbaycana №1 idxalçıdır).
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $922 milyon 293,08 min təşkil edib.
2022-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $3 milyard 710 milyon 239,41 min təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 23,9% çoxdur.**
B.Rüstəmbəyov