“MİDA” MMC Bakının Binəqədi rayonunda yaşayış kompleksində iki çoxmənzilli yaşayış binasının tikintisi məqsədilə “Amal Group” MMC-ni seçib.
“İnterfaks-Azərbaycan” www.etender.gov.az portalına istonadən məlumat verir ki, “Amal Group” 12 və 13 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi üzrə podratçı oldu.
Müqavilənin dəyəri - 7 milyon 80,623 min manatdır.
Tikintinin sona çatma müddəti – 30 sentyabr 2024-cü ildir.
Bundan başqa, MİDA Binəqədi yaşayış kompleksinin ərazisində 6, 7 və 8 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün Yar İnşaat Təmir-Tikinti MMC və Merkuri İnşaat MMC konsorsiumunu seçib.
Müqavilənin dəyəri 10 milyon 310 min 542,34 manat təşkil edir.
Müqavilənin şərtlərinə əsasən, bu üç binanın tikintisi 23 avqust 2024-cü ilədək başa çatmalıdır.
Həmçinin, MİDA yaşayış kompleksinin ərazisində 3, 4 və 5 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisinə dair “Hover Group” MMC ilə müqavilə bağlayıb.
Müqavilənin dəyəri 10 milyon 404,026 min manat təşkil edir.
Bu üç binanın tikintisi 23 sentyabr 2024-cü ilədək başa çatmalıdır.
Bundan başqa, MİDA yaşayış kompleksinin ərazisində 1 və 2 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisinə dair “DDlar İnşaat QSC və Araz İnşaatçı” MMC konsosiumu ilə müqavilə bağlayıb.
Müqavilənin dəyəri - 6 milyon 773,931 min manatdır. Müqavilənin şərtlərinə görə, binaların tikintisi 23 sentyabr 2024-cü ilədək başa çatmalıdır.
“MİDA” MMC Bakı şəhəri, Binəqədi rayonunda 1,5 ha torpaq sahəsində yaşayış komplekslərinin tikintisini planlaşdırır.**
R.Əhmədov