2023-cü il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda vergi ödəyiciləri tərəfindən 90,138 min ədəd (iyunda 883, mayda 2478 ədəd) yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.
“2023-cü ilin yanvar-iyun aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 10,4 milyard manat olub ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16,5% çoxdur”, - Xidmətdən bildirilir.
Xəbr verildiyi kimi, 2022-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manat (2021-ci ilin göstəricisi ilə müqayisədə artım 26,6%) təşkil edib.**
B.Rüstəmbəyov