2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 1,744 min ədəd minik avtomobili istehsal edilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 65% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvarda 195, fevralda 261, martda 469, apreldə 334, mayda 323, iyunda 162 ədəd avtomobil istehsal edilib.
1 iyul 2023-cü il tarixinə anbarlarda 670 ədəd (2023-cü il yanvarın 1-nə 270 ədəd) minik avtomobili var.
Yanvar-iyun aylarında Azərbaycanda 364 ədəd traktor (artım 40,5%) istehsal edilib. 2023-cü il iyulun 1-nə anbarlarda 12 ədəd traktor var.
Bundan başqa, yanvar-iyun aylarında 164 ədəd yük avtomobili (artım 8,6%) istehsal edilib. 2023-cü il iyulun 1-nə anbarlarda 9 ədəd yük avtomobili var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2022-ci ildə Azərbaycanda 2049 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2021-ci ilin göstəricisindən 1,4% azdır.**
B.Rüstəmbəyov