Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dəniz taxıl təşəbbüsünün uzadılacağına ümid etdiyini bildirib. Bu barədə «Anadolu” agentliyi cümə günü məlumat verib.
«Ümid edirik ki, Qara dəniz taxıl sazişi uzadılacaq», - Ərdoğan deyib.
Həmçinin, o əlavə edib ki, Türkiyə və Rusiya təşəbbüsün uzadılması ilə bağlı məsələlərdə ümumi mövqedədir.
Ərdoğan bir daha xatırladıb ki, Ankara RF prezidenti Vladimir Putinin avqust ayında səfərinə ümid edir. **