2023-cü ilin may ayında Almaniya Azərbaycandan 1,019 milyon avro dəyərində təmizlənmiş meşə fındığı idxal edib. Bu barədə “İnterfaks-Azərbaycan”a Almaniya Federal Statistika İdarəsindən (Destatis) məlumat verilib.
2023-cü ilin may ayı ərzində Azərbaycandan Almaniyaya meşə fındığı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsində 3,1 dəfə, pul ifadsində - 3,4 dəfə artıb.
Ümumilikdə, yanvar-may aylarında Azərbaycan Almaniyaya 13,101 milyon avro (artım 1,6 dəfə) dəyərində 2,428 min ton meşə fındığı (artım 1,7 dəfə) idxal edib. **
R.Kərimov