Cümə günü Azərbaycan prezidenti İlham Əliyev Brüsselə (Belçika Krallığı) səfərə gəlib.
Səfər Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə həyata keçirilir.
Dövlət başçısının saytında məlumat verilir ki, Əliyevin Mişellə görüşü başlayıb.
Xəbər verildiyi kimi, iyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın altıncı üçtərəfli görüşü keçiriləcək. Görüşdə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması müzakirə olunacaq. **
B.Rüstəmbəyov