2023-cü ilin yanvar-iyun aylarında operativ məlumatlara əsasən, Azərbaycanın dövlət büdcəsinin profisiti 1 milyard 416,7 milyon manat və ya ÜDM-in 2,3%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, dövlət büdcəsinin gəlirləri 15 milyard 480 milyon manat (2022-ci ilin yanvar-iyun aylarının göstəricisi ilə müqayisədə artım 9%), xərcləri 14 milyard 63,3 milyon manat (artım 8,7%) təşkil edib.
6 ay ərzində Azərbaycanda ÜDM-in nominal həcmi 60 milyard 302,1 milyon manat təşkil edib.
2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779,5 milyon manat, xərcləri 36 milyard 568,8 milyon manat, kəsiri isə 2 milyard 789,3 milyon manat və ya ÜDM-in 2,5%-i səviyyəsində proqnozlaşdırılır. **
R.Əhmədov