“Bugünkü görüş çox məhsuldar olub”, - Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyanla üçtərəfli görüşün yekunlarına dair mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, görüş zamanı iki ölkə başçıları 1991-ci il Almatı Bəyannaməsinə, o cümlədən ərazi bütövlüyü və suverenliyinə sadiqliklərini növbəti dəfə təsdiqləyiblər.
“Biz altıncı görüşü yenicə başa vurduq. Görüş çox məhsuldar oldu. Biz səylərimizdə çox vacib dövrdən keçirik”, - Mişel qeyd edib.
Aİ Şurası prezidentinin bəyanatına əsasən, o iki ölkə liderlərini eyni formatda yenidən, artıq “yaydan sonra” görüşə dəvət edib. **
V.Əliyev