2023-cü il 1 iyul tarixinə Azərbaycanın dövlət borcunun ümumi məbləği 16 milyard 151 milyon manat və ya cari il üzrə proqnozlaşdırılan ÜDM-in 14,5%-ni təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan”a Maliyyə Nazilriyindən məlumat verilir.
Məlumata əsasən, 1 iyul 2023-cü il tarixinə xarici borc $6 milyard 576,9 milyon (11 milyon 180,7 milyon manat) və ya ÜDM-in 10%-nə bərabərdir.
Daxili dövlət borcu 4 milyard 970,3 milyon manat və ya ÜDM-in 4.5%-i səviyyəsində qiymətləndirilir.
“2023-cü ilin birinci yarısında dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər 430,8 milyon manat təşkil edob və ya dövlət büdcəsinin həmin dövr üzrə ümumi xərclərin 3.1%-nə bərabər olub. Sözügedən xərclərin 352,7 milyon manat həcmində hissəsi xarici dövlət borcuna xidmət xərclərinin, 78,1 milyon manatı isə daxili dövlət borcuna xidmət xərclərinin payına düşür”, - nazirlikdən vurğulanıb.
Əlavə olunub ki, 2023-cü ilin birinci yarısında Maliyyə Nazirliyi daxili bazarda istiqrazların yerləşdirilməsi hesabına 724,1 milyon manat cəlb edib. Cəlb edilmiş vəsait daxili və xarici dövlət borcunun ödənilməsinə yönəldilib. **
A.Əzizov