Rusiya ona qarşı kaset tipli sursat tətbiq olunduğu təqdirdə “güzgü cavabı” vermək hüququnu özündə saxlayır, Moskvanın kifayət qədər bu cür ehtiyatı var. Bu barədə RF prezidenti Vladimir Putin bəyan edib.
"Demək istəyirəm ki, Rusiyada müxtəlif növ kaset tipli sursatın, müxtəlif növlərinin kifayət qədər ehtiyatı var. Bu günə qədər biz bunu etməmişik, tətbiq etməmişik və müəyyən dövrdə silah-sursat çatışmazlığına baxmayaraq belə bir ehtiyacımız yox idi, amma biz də etməmişik”, - Putin “Rossiya-1” telekanalının “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib. Jurnalist Pavel Zarubin öz Teleqram kanalında həmin müsabiqədən fraqment yerləşdirib.
O əlavə edib: «Əlbəttə, əgər onlar bizə qarşı tətbiq olunarsa, biz güzgü cavab hərəkətləri hüququnu özümüzdə saxlayırıq».
ABŞ-ın Kiyevə kaset sursat tədarükü niyyətini şərh edən Putin xatırladıb ki, ABŞ administrasiyası əməkdaşlarının sözü ilə bu cür silah-sursatlara qiymət verib.
"Kaset sursatından istifadə ABŞ administrasiyasının özü tərəfindən cinayət adlandırılıb. Düşünürəm ki, buna belə yanaşmaq lazımdır", - RF prezidenti bildirib.
Bununla yanaşı, o qeyd edib ki, «bunu yaxşı həyatdan deyil, ümumiyyətlə silah-sursat çatışmazlığından edirlər».
Eyni zamanda, Rusiya prezidenti vurğulayıb ki, RF «kifayət qədər müxtəlif növ kaset tipli sursat ehtiyatına malikdir”. **