İsrailin baş naziri Benyamin Netanyahu müsyinədən keçidiyi tibb mərkəzindən buraxılıb. Bu barədə bazar günü Times of Israel məlumat verir.
Məlumata görə, Netanyahu özünü yaxşı hiss edir və həkimlər müayinənin nəticələrinə görə heç bir pozuntu aşkar etməyiblər. Ona həmçinin ürək ritmini ölçən cihaz implantasiya olunub.
Dünən Netanyahunun dəftərxanasından məlumat verilib ki, İsraildə bazar günləri keçirilən hökumətin həftəlik iclası iyulun 17-nə təxirə salınıb. **