2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 1 milyard 416,6 milyon manat və ya ÜDM-in 2,3%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin birinci yarımilliyi üzrə dövlət büdcəsinin gəlirləri 15 milyard 479,9 milyon manat (2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 9%) təşkil edib. Həmçinin, gəlirlərüzrə plan 99,”% icra olunub.
Hesabat dövründə qeyri neft-qaz sektorundan daxilolmalar 8 milyard 831,2 milyon manat (2022-ci ilin yanvar-uiyun aylarının göstəricisindən +18,4%) və ya bütün büdcə gəlirlərinin 57%-ni təşkil edib, proqnoz 120,5% icra olunub.
Neft-qaz sektorundan gəlirlər 6 milyard 648,7 milyon manat (2022-ci ilin yanvar-iyun aylarının göstəricisindən 1,5% az) və ya büdcə gəlirlərinin 43%-ni təşkil edib, proqnoz 80,3% icra olunub.
Bütövlükdə, gəlirlərin strukturunda Dövlət Vegi Xidməti xətti ilə daxilolmalar 9 milyard 181,4 milyon manat (2022-ci ilin birinci yarısının göstəricisindən +41,6%, proqnoz 127,7% icra olunub), Dövlət Gömrük Komitəsinin xətti ilə - 3 milyard 75,5 milyon manat (+21,1%, proqnoz 129,8% icra olunub), ARDNF-dən transfertlər – 2 milyard 661 milyon manat (-42,7%, proqnoz 47,2% icra olunub) təşkil edib, qalanı digər mənbələrin payına düşüb.
Yanvar-iyun aylarında dövlət büdcəsinin xərcləri 14 milyard 63,3 milyon manat (artım 8,7%) təşkil edib, proqnoz 94,3% icra olunub.
Xərclərin strukturunda 9 milyard 718,8 milyon manat və ya 69,1% cari xərclərin, 3 milyard 913,7 milyon manat və ya 27,8% - əsaslı xərclərin, 430,8 milyon manat və ya 3,1% - dövlət borcunun xidmətinin paylna düşüb.
Müdafiə və milli təhlükəsizlik xərcləri 101% icra edilməklə 2 milyard 147,5 milyon manat,sosial müdafiə və sosial təminat xərcləri 120,4% icra edilməklə 2 milyard 120,9 milyon manat, təhsil xərcləri 110,9% icra edilməklə 1 milyard 956,6 milyon manat, səhiyyə xərcləri 122,6% icra edilməklə 932,2 milyon manat, kənd təsərrüfatı xərcləri 108,9% icra edilməklə 522,3 milyon manat,iqtisadi fəaliyyət xərcləri 105,7% icra edilməklə 2 milyard 905,4 milyon manat təşkil edib.
Yanvar-iyun aylarında Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin (Qarabağ və Şərqi Zəgəzurun) yenidən qurulması və bərpasına 1 milyard 967,9 milyon manat yönəldib.
Maliyyə Nazirliyinin məlumatına görə, birinci yarımillikdə icmal büdcənin gəlirləri 26 milyard 786,8 milyon manat (2022-ci ilin yanvar-iyun aylarının göstəricisindən +47,6%), xərcləri – 15 milyard 711,4 milyon manat (+9,5%) təşkil edib. İcmal büdcənin profisiti 11 milyard 75,4 milyon manat və ya hesabat dövrü ərzində ÜDM-in 18,4%-ni təşkil edib.
Yenilənmiş proqnozlara əsasən, 2023-cü il dövlət büdcəsinin gəlirləri 33 milyard 779,5 milyon manat, xərcləri 36 milyard 568,8 milyon manat, kəsiri isə 2 milyard 789,3 milyon manat və ya ÜDM-in 2,5%-i səviyyəsində proqnozlaşdırılır. **
R.Əhmədov