2023-cü ilin yanvar-may aylarında Azərbaycana kondisioner idxalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,5% - 89,015 min ədədə qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $25 milyon 500,8 min məbləğində (azalma 13,1%) qiymətləndirilir.
Yanvar-may aylarında Azərbaycana $79 milyon 612 min dəyərində (artım 46%) 250,898 min ədəd (artım 75,4%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 29,2% - 84,342 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $20 milyon 229,3 min (artım 30,4%) təşkil edir.**
B.Rüstəmbəyov