Azərbaycan 2023-cü ilin yanvar-may aylarında $21 milyon 499 min dəyərində AI-92 markalı avtomobil benzini ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə ixracın həcmi 30 min 790,98 ton təşkil edib. Yanacağın bütün həcmi Türkiyəyə ixrac edilib”, - deyə məlumatda bildirilir.
Ötən ilin yanvar-may aylarında Azərbaycan AI-92 markalı benzin ixrac etməyib.
2023-cü ilin yanvar-may aylarında Azərbaycan $3 milyon 338,33 min dəyərində (azalma 98% -İF) 5 min 762,57 ton АI-92 markalı avtomobil benzini (azalma 96,1%) idxal edib.
Hesabat dövründə Rusiyadan $2 milyon 592,49 dəyərində 4 milyon 872,55 min ton, Türkmənistandan $745,84 min dəyərində 890,02 min ton benzin idxal edilib.
Xəbər verildiyi kimi, Azərbaycan 2022-ci ildə $27 milyon 869,19 min dəyərində (azalma 12,4%) 30 min 753,72 ton yanacaq (azalma 41,9%) ixrac edib. Yanacağın bütün həcmi BƏƏ-yə ixrac edilib.
2022-ci ildə Azərbaycana 223 milyon 456,8 min dəyərində 198 min 790,13 ton AI-92 markalı benzin idxal edilib. 2021-ci ildə idxal həyata keçirilməyib.
Azərbaycanda АI-92 markalı avtomobil benzini yalnız Bakı Neft Emalı Zavodunda (BNEZ) istehsal olunur.*
N.Abbasova