Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nə dəyişiklik haqqında” Protokolu təsdiq edib.
Protokol 2023-cü il aprelin 29-da Samsun şəhərində imzalanıb.
Daha əvvəl iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirmişdi ki, sənədin imzalanması Türkiyə ilə ticarət dövriyyəsinin artırılmasına əlavə təkan verəcək.
Bu sənədlə Bakı və Ankara 2020-ci il fevralın 25-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin şamil olunduğu malların siyahısını genişləndirir.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2021-ci il martın 1-dən tətbiq olunur.*
R.Əhmədov