Dövlət Vergi Xidməti (DVX) şəbəkə və əməliyyat sistemlərinin təkmilləşdirilməsinə 6,1 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, “CYBERNET” MMC ilə 6 milyon 117,524 min manat məbləğində müvafiq müqavilə bağlanıb.
Müqavilə 6 istiqamətdə işlərin yerinə yetirilməsini nəzərdə tutur. İşlərin başa çatma müddəti 6 aydır.*
B.Rüstəmbəyov