Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 18-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyulun 18-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.9128 manat/1EUR səviyyəsində (iyulun 17-nə 1.9087 manat/1EUR) müəyyən edilib.
AMB iyulun 18-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0187 manat/1RUB səviyyəsində (iyulun 17-nə 0.0188 manat/1RUB) müəyyən edib.
İyulun 18-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0645 manat/1TRY səviyyəsində (iyulun 17-nə 0.0649 manat/1TRY) müəyyən edilib.**
B.Rüstəmbəyov