2023-cü ilin yanvar-iyun aylarında “Premium Bank” ASC-nin aktivləri 6,4% - 736,786 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 iyun 2023-cü il tarixinə bankın kredit portfeli 470,459 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 7,7% - İF) təşkil edib, o cümlədən biznes kredit portfeli 7,6% - 428,602 milyon manata qədər artıb.
İyunun sonuna “Premium Bank”ın öhdəlikləri 557,454 milyon manata (artım 9,4%) bərabərdir.
Bankdakı depozitlər 512,313 milyon manat (artım 9,8%), o cümlədən əhalinin əmanətləri 349,781 milyon manat (artım 2,7%) təşkil edib.
“Premium Bank”ın kapitalı 179,333 milyon manata (azalma 1,8%), nizamnamə kapitalı 154,601 milyon manata (dəyişməyib) bərabərdir.
2023-cü ilin I yarısının yekunları üzrə bankın xalis mənfəəti 5,112 milyon manat (2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə artım 65,5 dəfə) təşkil edib.
“Premium Bank” ASC 2008-ci il yanvar ayının 25-dən fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların onluğuna daxildir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdir.**
R.Əhmədov