ÇXR-nın ən vacib texnologiyaların fəal inkişafı ABŞ-ın hərbi-sənaye potensialına təhlükə yaradır. Bu barədə “Defense news” nəşri ABŞ-ın məlumatların analitik emalı iə məşğul olan “Govini” şirkətinin məruzəsinə istinadən məlumat verir.
«Çinin sürətli texnoloji inkişafı ABŞ-ın hərbi-sənaye bazasına təhlükə törədir», - nəşr məlumat verir.
“Govini”nin məlumatına görə, hərbi tətbiqin ən vacib texnologiyaları ilə bağlı bəzi Amerika podratçı şirkətləri indiyədək Çin təchizatçılarından və investorlarından çox asılıdır.
2022-ci ildə ÇXR hər bir əsas texnoloji sahədə ixtiralara verilən patentlərin sayına görə ABŞ-ı üstələyib. Eyni zamanda, son illər ərzində ABŞ-da nüvə qüvvələrinin modernləşdirilməsi ilə əlaqəli sahə istisna olmaqla, analoji ən vacib patentlərin sayı azalıb.
Nəşr qeyd edir ki, bununla yanaşı, 2022-ci maliyyə ilində ABŞ hakimiyyəti prioritet hərbi texnologiyalara $200 milyard yönəldib, buna baxmayaraq Çin bu fəaliyyətdə ABŞ-dan daha uğurludur.
«Defense news» izah edir ki, ABŞ-da Çinin bir sıra əsas texnoloji sahələrdə üstünlük təşkil etməsindən narahatlıq artır. Ötən həftə senator Mark Uorner iddia edib ki, əgər ABŞ Çinin üstünlük təşkil etdiyi yarımkeçiricilərin istehsalına, kvant hesablamalarına, süni intellekt, biotexnologiya və enerji vasitələrinə investisiya qoymağa davam etməsə, o zaman ABŞ milli təhlükəsizliyi üçün ən ciddi nəticələr ola bilər. **