Azərbaycan və Honkonq arasında “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisi arasında gəlirə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” layihəsi üzrə danışıqların birinci raundu keçirilib.
“İnterfaks-Azərbaycan”a Dövlət Vergi Xidmətindən verilən məlumata görə, danışıqlar iyulun 11-13 tarixlərində Çin Xalq Respublikasının Honkonq şəhərində keçirilib. “Müzakirələrin nəticəsi olaraq, saziş layihəsinin vergitutma ilə bağlı bütün müddəaları üzrə tam razılıq əldə olunub, açıq qalan digər maddələrin razılaşdırılması istiqamətində qarşılıqlı olaraq müvafiq işlərin aparılacağı qərara alınıb”, - Xidmətdən vurğulanıb.
Azərbaycan artıq 55 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş imzalayıb. Bir sıra ölkələrlə müvafiq sazişin imzalanması ilə bağlı danışıqlar aparılır.**
R.Əhmədov