2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 894 milyon 372,4 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 17,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 3 milyon 239,1 min nəfər (artım 52,2%), dəniz nəqliyyatı ilə 10,5 min nəfər (artım 6,1%), hava nəqliyyatı ilə 1 milyon 233,3 min nəfər (artım 49,5%) daşınıb.
Yanvar-iyun aylarında avtomobil nəqliyyatı vasitələri ilə 781 milyon 113 min sərnişin (artım 18,3%), avtobuslarla 743 milyon 810,9 min sərnişin (artım 19,4%), taksilərlə 37 milyon 302,1 min sərnişin (artım 0,1%) daşınıb.
6 ay ərzində Bakı Metropolitenində 108 milyon 776,5 min sərnişinə (artım 9,5%) xidmət göstərilib.**
B.Rüstəmbəyov