2023-cü ilin I yarısında “Rabitəbank” aktivlərini 7,4% - 1 milyard 25,467 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2023-cü il iyunun 30-na bankın kredit portfeli 681,771 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 11,6%) təşkil edib. İstehlak kreditlərinin həcmi 230 milyon manata (artım 11,9%), biznes kreditlərinin həcmi 118,1 milyon manata (artım 18,2%) bərabərdir.
Bankın öhdəlikləri 912,532 milyon manat (artım 8,2%) məbləğindədir.
“Rabitəbank”da depozitlər 611,588 milyon manat (artım 0,7%), o cümlədən fiziki şəxslərin əmanətləri 356,362 milyon manat (artım 12,4%) təşkil edib.
2023-cü ilin iyul ayının əvvəlinə bankın kapitalı 112,935 milyon manata (artı 1,2%), nizamnamə kapitalı 101,3 milyon manata (dəyişməyib) bərabərdir.
I yarımilin yekunları üzrə bankın xalis mənfəəti 10 milyon 382 min manat (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 2 dəfə) təşkil edib.
“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və aktivlərinin həcminə görə ölkənin aparıcı banklarının onluğuna daxildir.**
R.Əhmədov