Azərbaycan prezidenti İlham Əliyev və İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə ediblər. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilir.
Tərəflər təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə davam edən görüşlər zamanı iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması məsələlərini müzakirə ediblər.
O cümlədən, birbaşa aviareyslərin açılması məsələsi müzakirə olunub. **
B.Rüstəmbəyov