2023-cü ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 9 milyard 762 milyon 793,62 min kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə qaz ixracından $7 milyard 103 milyon 82,74 min məbləğində gəlir (artım 18,5%) əldə edilib.
Azərbaycanın ümumi ixracının 44,08%-i (2022-ci ilin yanvar-may aylarında 38,89%-i) qaz ixracının payına düşüb.
2023-cü ilin yanvar-aprel aylarında ixracın böyük həcmi (bütün ixracın 41,8%-i) Türkiyə və İtaliyanın (ütün ixracın 35,4%-i) payına düşüb.
Ölkə |
Həcm, min kubmetr |
2022-ci illə müqayisədə (5 ay) |
Gəlir, min dollar |
2022-ci illə müqayisədə (5 ay) |
AVROPA |
||||
İtaliya |
3 319 529,01 |
-7,1% |
4 531 519,89 |
+8,1% |
Yunanıstan |
318 494,18 |
-16,9% |
496 817,9 |
+3,8% |
Bolqarıstan |
300 938 |
+ 2,38 раза |
120 016,04 |
+3,6 раза |
Rumıniya |
184 286,16 |
- |
171 246,25 |
- |
REGİON |
||||
Türkiyə |
3 918 221,29 |
+8,1% |
1 541 078,38 |
+45,7% |
Gürcüstan |
983 332,45 |
-39,5% |
186 458,8 |
-17,7% |
Rusiya |
326 532,4 |
- |
55 510,51 |
- |
İran |
11 460,13 |
-91% |
434,98 |
-91% |
CƏMİ |
9 362 793,62 |
-1% |
7 103 082,74 |
+18,5% |
**
N.Abbasova