ABŞ zirehli texnika və artilleriyanı Ukraynaya göndərməyə davam edəcək. Bu barədə çərşənbə axşamı Pentaqon rəhbəri Lloyd Ostin söz verib.
«Biz Bradley PDM, Stryker zirehli maşınlarını, artilleriyanı göndərməyə davam edəcəyik», - o, Ukrayna üzrə əlaqə qrupunun video konfrans formatında keçirilən iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
Ostin məlumat verib ki, qrup üzvləri gələcəkdə Kiyevə hərbi yardım, xüsusilə döyüş sursatı tədarükünü müzakirə ediblər. Görüşdə həmçinin, silah və döyüş sursatı istehsalının artırılması məsələsi müzakirə olunub. Bundan əlavə, F-16 təyyarələri üçün ukraynalı pilotların məşqləri üzrə koalisiyanın üzv ölkələri bu əməliyyata hazırlıq barədə məlumat veriblər. **