Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 19-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyulun 19-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.9080 manat/1EUR səviyyəsində (iyulun 18-nə 1.9128 manat/1EUR) müəyyən edilib.
AMB iyulun 19-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0187 manat/1RUB səviyyəsində saxlayıb.
İyulun 19-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0631 manat/1TRY səviyyəsində (iyulun 18-nə 0.0645 manat/1TRY) müəyyən edilib.*
R.Kərimov