2023-cü ilin I yarısında “Xalq Bank”ın aktivləri 6,9% – 2 milyard 871,3 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Bankın kredit portfeli 1 milyard 764,1 milyon manata (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,3%) bərabərdir.
Bankın öhdəlikləri 2 milyard 385,6 milyon manat (artım 7,9%), depozit portfeli 2 milyard 54,1 milyon manat (artım 10,5%) təşkil edir.
30 iyun 2023-cü il tarixinə “Xalq Bank”ın kapitalı 485 milyon 697,58 min manata (artım 2,2%), nizamnamə kapitalı 364 milyon 772,54 min manata (dəyişməyib) bərabərdir.
Yanvar-iyun aylarında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 37 milyon 913,8 min manat (2022-ci ilin I yarısı ilə müqayisədə artım 3,2 dəfə) təşkil edib.
“Xalq Bank” fəaliyyət üçün lisenziyanı 2004-cü il dekabrın 30-da alıb və aktivlərinin həcminə görə ölkənin 4-cü aparıcı bankıdır. Bankın səhmdarları üç hüquqi şəxsdir.*
R.Əhmədov