2024-cü il sentyabrın 24-26-da Bakıda 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (“ADEX”) keçiriləcək.
Tədbirin saytında qeyd olunub ki, “ADEX 2024” sərgisində təyyarə və aviasiya sistemləri, dəniz gəmiləri və hərbi dəniz sistemləri, zirehli döyüş nəqliyyat vasitələri, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri, logistika xidmətləri, radioelektron sistemlər, C4ISR, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, hərbi geyim və ləvazimatlar, silah və sursat, simulyatorlar və təlim sistemləri, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr və digər sektorların təmsil olunması planlaşdırılır.
“ADEX”lə paralel olaraq, hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirəcək 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçiriləcək.
“ADEX 2022” sərgisində 208 şirkət və 10 milli qrup təmsil olunub.*
B.Rüstəmbəyov