2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşu 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,9% - 3 milyard 214,4 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
6 ay ərzində Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 45%-i sənaye sahəsinə yönəldilib.
Hesabat dövründə mədən sənayesinə investisiya qoyuluşu 2 milyard 625,7 milyon manat (artım 25,2%) təşkil edib.
Emal sənayesinə 354,8 milyon manat (azalma 38,5%) məbləğində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə investisiya qoyuluşu 159,8 milyon manat (azalma 12,8%) məbləğində olub.
Nəqliyyat və anbar təsərrüfatı sahəsinə 1 milyard 833,6 milyon manat (artım 6,3%), rabitə və informasiya sahəsinə 192,9 milyon manat (artım 2,5 dəfə), dövlət idarəçiliyi və sosial təminat sahəsinə 85 milyon manat (azalma 30,3%), maliyyə və sığorta sahəsinə 87,5 milyon manat (artım 60,5%), turistlərin yerləşdirilməsi sahəsinə 43 milyon manat (artım 36,2%) investisiya qoyuluşu həyata keçirilib. Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarına yönəldilib.
2022-ci ildə Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşu 2021-ci illə müqayisədə 10,4% - 6 milyard 930,7 milyon manata qədər azalıb.*
B.Rüstəmbəyov