2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5% artaraq $731,497 milyon təşkil edib.
“İnterfaks-Azərbaycan” agentliyi Gürcüstanın Milli Statistika Xidmətinə istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycandan Gürcüstana ixracın dəyəri $318,162 milyon (azalma 8,1%), Gürcüstandan Azərbaycana idxalın dəyəri $413,335 milyon (artım 44%) təşkil edib.
I yarımilliyin yekunları üzrə Azərbaycan Türkiyə ($1,458 milyard), Rusiya ($1,271 milyard), ABŞ ($820,906 milyon) və Çindən ($794,849 milyon) sonra Gürcüstanın beşinci ticarət tərəfdaşı olub.
Gürcüstanın xarici ticarətində Azərbaycanın payı 7,1% təşkil edib.*
R.Kərimov