Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqına üzv ölkələrin və bir sıra digər ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüb.
“Ədalətli və dayanıqlı sülhə gedən yol barəsində Aİ və tərəfdaşlarla dəyərli müzakirələrə görə Hikmət Hacıyevə təşəkkür edirəm. Almaniya hər iki münaqişə tərəfinin sülhə mümkün qədər tez çatması üçün dəstək verməyə sadiqliyini təsdiqləyir”, - deyə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann “Twitter” hesabında yazıb.
Görüşdə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara və Türkiyə səfiri Cahit Bağçı da iştirak edib.*
R.Əhmədov