İyulun 19-da Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə HDQ Komandanlığının Təftiş və Qiymətləndirmə rəisi kontr-admiral Yücel Darcanla Bakı ilə Ankara arasında hərbi əməkdaşlığı müzakirə edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bu məsələ Azərbaycan və Türkiyə HDQ arasında keçirilən 9-cu Qərargah toplantısı zamanı müzakirə olunub.
“Qərargah toplantısında iki ölkə arasında hərbi, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.
Bəkirov Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın daim inkişaf etdiyini bildirib.
Sonda Azərbaycan və Türkiyə HDQ arasında keçirilən 9-cu Qərargah toplantısının yekun protokolu imzalanıb.*
Xəbərlər şöbəsi