Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 20-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
İyulun 20-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.9078 manat/1EUR səviyyəsində (iyulun 19-na 1.908 manat/1EUR) müəyyən edilib.
AMB iyulun 20-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0187 manat/1RUB səviyyəsində saxlayıb.
İyulun 20-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0633 manat/1TRY səviyyəsində (iyulun 19-na 0.0631 manat/1TRY) müəyyən edilib.**
X.Nəsirzadə