Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel cümə axşamı Brüsseldə Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının iclasında Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üzrə Aİ-nin səylərinə toxunmağı planlaşdırır.
"Avropa diplomatiyasının rəhbəri Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması səylərinə, o cümlədən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin fəaliyyətinə qısaca toxunmağı planlaşdırır", - Aİ Xarici İşlər Şurasının qarşıdakı iclasına dair materiallarında qeyd olunur. **