“AZƏR TOXUM” MMC nizamnamə kapitalının 16 milyon 140,94 min manatdan 15 milyon 310,84 min manata qədər, yəni 5,2% azaldıldığını elan edib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, şirkət nizamnamə kapitalının azaldılmasının səbəblərini açıqlamır.
Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini bildirə bilərlər.
“AZƏR TOXUM” MMC 2023-cü il iyul yı ərzində nizamnamə kapitalı artıq ikinci dəfə azaldır. Öncə şirkət nizamnamə kapitalının 18,9 milyon manatdan 16 milyon 140,94 min manata qədər, yəni 14,6% azaldıldığını elan edib.
“AZƏR TOXUM” MMC 2008-ci ildə Azərbahycanda dövlət qeydiyyatından keçib. **
R.Əhmədov