Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış Proqramı çərçivəsində 8 peşə təhsil müəssisəsi tikib istifadəyə verməyi planlaşdırır.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında prezident İlham Əliyevə məlumat verib.
Prezidentə məruzə edildi ki, hazırda Lənkəran Peşə Liseyi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üçün binalar tikilir.
Mingəçevir Peşə Təhsil Mərkəzinin binasının tikintisi isə başlamaq üzrədir.
Bundan başqa, Füzuli Peşə Liseyi, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Tovuz, Qax və Quba Peşə liseylərinin binalarının layihələndirilməsi aparılır.
Qarabağda Kəlbəcər və Laçın peşə məktəblərinin tikintisi planlaşdırılır. **
B.Rüstəmbəyov