Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Türkiyənin “DNS Sense” şirkəti ilə əməkdaşlığa başlayıb.
““DNS Sense” Türkiyənin qabaqcıl kibertəhlükəsizlik şirkətlərindən biridir. Əməkdaşlığın məqsədi təqdim edilən informasiya təhlükəsizliyi xidmətləri sahəsinin genişləndirilməsindən ibarətdir”, - deyə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatında bildirilir.
Əməkdaşlıq çərçivəsində “DNS Sense”ə məxsus və “AzInTelecom”un sistem əməliyyatlarının idarə edilməsində tətbiq edilən rəqəmsal məhsulların Azərbaycanda satışı və istifadəsini stimullaşdırmaq üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
“Bu məhsullar aktiv təhlükəsizliyi təmin edən bulud əsaslı DNS layer mühafizəsini həyata keçirir. Eyni zamanda, fişinq, DNS saxtakarlığı, DNS tunelləmə, DNS əsaslı bot fəaliyyətlər və homoqlif domen adlarına qarşı güclü və effektiv birinci müdafiə təbəqəsi kimi xidmət edir”, – deyə məlumatda vurğulanır.*
X.Nəsirzadə