Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov telefon danışığı zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə birgə işin intensivləşdirilməsi yollarını müzakirə ediblər. Bu barədə Rusiya XİN-in bu gün yaydığı məlumatda deyilir.
“Nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas istiqamətləri üzrə birgə işin intensivləşdirilməsi yollarını müzakirə ediblər”, - deyə məlumatda bildirilir.
Telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub.*