Prezident İlham Əliyev Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə bu ölkənin Prezidenti Əbdülfəttah əs-Sisini təbrik edib. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilib.
Əliyev qeyd edib ki, iki ölkə xalqlarını ənənəvi dostluq münasibətləri birləşdirir.
“Bu gün bu xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Misir arasında dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir”, - deyə təbrikdə bildirilir.*
V.Əliyev