Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, “vaqnerçi”lər onu sıxmağa başlayıblar, belə ki, onlar Varşavaya getmək istəyirlər.
“Bəlkə deməməliyəm, amma deyəcəyəm. “Vaqnerçi”lər bizi sıxmağa başlayıblar. Onlar deyirlər ki, Qərbə getmək istəyirik. Bizə icazə verin. Deyirəm ki, Qərbə getmək nəyə lazımdır? Yaxşı, Varşavaya, Rzeşova ekskursiyaya gedin”, - deyə o, Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.
Lukaşenko qeyd edib ki, vaqner muzdluları Rusiya tərəfi ilə razılaşmaya əsasən Belarusda yerləşiblər: “Mən onları ora köçürmək istəməzdim, çünki onların əhval-ruhiyyəsi pisdir. Onlar İttifaq Dövləti ətrafında nə baş verdiyini bilirlər”.