2023-cü ilin yanvar-iyun aylarında "Yapı Kredi Bank Azerbaijan” QSC aktivlərini 10,8% - 429 milyon 849,61 min manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 iyun 2023-cü il tarixinə “Yapı Kredi Bank Azerbaijan”ın kredit portfeli 251 milyon 279,83 min manata (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 6% - İF), o cümlədən istehlak kreditləri 52 milyon 163,51 min manata (artım 15.1%), biznes kreditləri 170 milyon 955,15 min manata (artım 1,1%) bərabərdir.
Bankın öhdəlikləri 341 milyon 314 min manat (azalma 14,2%), depozitlər 303 milyon 203,98 min manat (azalma 16,7%), əhalinin əmanətləri 83 milyon 703,29 min manat (artım 3,7%), hüquqi şəxslərin əmanətləri 219 milyon 500,7 min manat (azalma 22,5%) təşkil edir.
“Yapı Kredi Bank Azerbaijan”ın kapitalı 88 milyon 535,61 min manat (artım 5,3%), nizamnamə kapitalı 55 milyon 380,7 min manat (dəyişməyib) təşkil edir.
Bank 2023-ci ilin birinci yarısını 3 milyon 604,36 min manat məbləğində xalis mənfəətlə (2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 2,6 dəfə) başa vurub.
“Yapı Kredi Bank Azerbaijan” 1998-ci ildə yaradılıb. Bankın səhmdarları 3 Türkiyə şirkətidir.**
X.Nəsirzadə