2023-cü ilin yanvar-iyun aylarında “Naxçıvanbank” ASC-nin aktivləri 14,6% - 295 milyon 773,05 min manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
İyun ayının sonuna bankın kredit portfeli 204,701 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 17,9% - İF) təşkil edib.
Bankın öhdəlikləri 188 milyon 476,45 min manata (azalma 19,5%), depozitlər 112,221 milyon manata (azalma 27,8%), əhalinin əmanətləri 9,201 milyon manata (azalma 11,3%) bərabərdir.
“Naxçıvanbank”ın kapitalı 107 milyon 296,6 min manat (azalma 4,4%), nizamnamə kapitalı 94 milyon manat (dəyişməyib) təşkil edir.
Cari ilin I yarısının yekunları üzrə bankın xalis mənfəəti 8 milyon 71,65 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 3,3% çoxdur.
“Naxçıvanbank” 2008-ci ilin avqust ayında bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya alıb. Bankın səhmdarları fiziki şəxslərdir.**
X.Nəsirzadə