2023-cü ilin yanvar-iyun aylarında “Expressbank”ın aktivləri 12% - 489,458 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Bankın kredit portfeli 350,545 milyon manata (artım 18%), istehlak kreditləri 175,337 milyon manata (artım 10%), biznes kreditləri 105,19 milyon manata (artım 9,8%) bərabərdir.
“Expressbank”ın öhdəlikləri 365,789 milyon manat (artım 18,8%) təşkil edir. 2023-cü il iyul ayının əvvəlinə bankın depozit portfeli 196,038 milyon manat (artım 1,5%), əhalinin əmanətləri 155,45 milyon manat (artım 2,8%) məbləğində olub.
Bankın kapitalı 123,669 milyon manat (azalma 4,2%), nizamnamə kapitalı 112,545 milyon manat (dəyişməyib) təşkil edib.
I yarımilliyin yekunları üzrə bankın xalis mənfəəti 6 milyon 320,19 min manat (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 21,3% - İF) təşkil edib.
“Expressbank” 1989-cu ildə yaradılıb. Bankın səhmdarları 3 hüquqi və 1 fiziki şəxsdir.*
X.Nəsirzadə