İyulun 24-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.
“Səfər çərçivəsində iyulun 25-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub”, - deyə Azərbaycan XİN-dən bildirilib.
Daha əvvəl Rusiya XİN-in yaydığı məlumata görə, Lavrovla Bayramov arasında ikitərəfli danışıqlar zamanı siyasi, ticarət, iqtisadi və humanitar sahələrdə Rusiya-Azərbaycan gündəliyinin aktual məsələlərinin müzakirəsinə diqqət yetirmək planlaşdırılır.*
N.Abbasova